BDU-da növbəti “Açıq qapı” günü: vətəndaşlara pulsuz hüquqi məsləhət veriləcək
Bakı, 4 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində fəaliyyət göstərən Hüquq Klinikası tərəfindən iyunun 27-də pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü keçiriləcək.
BDU-dan AZƏRTAC-a bildirilib ki, təşəbbüsün əsas məqsədi əhalinin hüquqi maarifləndirilməsinə dəstək olmaq, hüquqi xidmətlərə çıxışı genişləndirmək və xüsusilə həssas qrupların hüquqlarının qorunmasına töhfə verməkdir. “Açıq qapı” günü müxtəlif sahələr üzrə hüquqi məsləhətləri əhatə edəcək.
Müraciət edən şəxslərə BDU-nun Hüquq fakültəsinin vəkil-müəllimləri tərəfindən peşəkar hüquqi yardım göstəriləcək.
Bu cür təşəbbüslərin gələcəkdə silsiləli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Vətəndaşlar hüquqi məsələlərlə bağlı müraciətlərini BDU-nun Hüquq Klinikasına ünvanlaya və ya “Açıq qapı” günü ərzində birbaşa iştirak edə bilərlər.
Əlavə məlumat və qeydiyyat üçün [email protected] ünvanına müraciət edilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [11:51]
BMU-da 41 ixtisas üzrə təkrar ali təhsil üçün sənəd qəbulu aparılır
- 05.06.2026 [11:17]
İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək
- 05.06.2026 [10:54]
XRİTDX-nin hazırladığı “Tusi Paleon” aləti tələbələrə təqdim edilib
- 04.06.2026 [20:53]
Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb
- 04.06.2026 [18:38]
Milli mətbəx və dini inanc - Folklor İnstitutunda seminar
- 04.06.2026 [18:20]
AMEA Türk dünyası və özəl sektorla texnoloji tərəfdaşlığı genişləndirir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:35]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
- 04.06.2026 [23:06]
Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar
- 04.06.2026 [22:40]
Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub
- 04.06.2026 [22:21]