Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi azərbaycanlı: Doğma elimə, evimə yuxularda qovuşmaq çox ağırdır

Qərbi azərbaycanlı: Doğma elimə, evimə yuxularda qovuşmaq çox ağırdır

Gəncə, 21 sentyabr, AZƏRTAC

XX əsrdə ermənilərin havadarlarının köməyi ilə azərbaycanlılara qarşı 1905-1906-cı, 1918-1920-ci illərdə həyata keçirdiyi etnik təmizləmə, 1930-cu illərdəki kütləvi repressiyalar, 1948-1953-cü, 1988-1989-cu illərdə reallaşan deportasiya... Bu tarixi faciələr artıq dünyasını dəyişmiş, eləcə də bu gün həyatda olan çox sayda Qərbi azərbaycanlının tale yoluna yazılıb. Hazırda qəlbi doğma yurddan ayrılıq həsrəti, əzablı günlərdən qalan acı xatirələrlə qovrulan insanları öz elinə-obasına dönüşə böyük inam ovudur. Ürəyində doğulub, boya-başa çatdığı Qərbi Azərbaycana qovuşmaq arzusunu ən dəyərli zinəti kimi daşıyan Qərbi azərbaycanlılardan biri də İrşad Abbasovdur.

AZƏRTAC-ın bölgə müxbiri Azərbaycan Texnologiya Universitetinin şöbə müdiri, dosent İrşad Abbasovla söhbət edib. O, ailəsinin əzəli torpaqlarımızdan sürgününə, doğma eldən ayrı düşməsinə dair xatirələrini bölüşüb. İrşad müəllim deyir ki, 1956-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Böyükməzrə kəndində, Mehralı kişinin ailəsində dünyaya gəlib. XIV əsrin sonu - XV əsrin əvvəlində Qazax mahalından Göyçə mahalına üz tutan, orada yaşayış məskənləri yaradan dörd qardaşdan birinin, Qulu ağanın saldığı Böyükməzrədə 1915–1918-ci illərdə Türkiyədən gəlmə еrmənilər də yеrləşdirildikdən sоnrа əhаli birgə yaşamağa məcbur olub.

“Tarixdən də bəllidir, ata-babadan eşitdiyim, özümün də şahid olduğum budur ki, 1988-ci ilədək ermənilərdən çox xəyanətlər gördük. Nəsibimizə zaman-zaman soyqırımı, deportasiya kimi faciələri yaşamaq düşdü. Tarixi-etnik torpaqlarında yaşayan azərbaycanlılara təzyiq göstərilməsi, onların vəhşicəsinə öldürülməsi, öz yurdlarından sürgün edilməsi, mal-mülkünün yağmalanması, neçə-neçə insanın itkin düşməsi, sağ gəlib çıxanların Vətən həsrəti ilə, qəm-qüssədən, müxtəlif xəstəliklərdən dünyasını dəyişməsi danılmaz faktlardır. Elə mən ilk təhsilimi Böyükməzrə kənd orta məktəbində almışam, 1972-ci ildə məktəbi qızıl medalla bitirmişəm. Erməni müəllimlərin azərbaycanlı şagirdlərin əksəriyyətinin dərslərini daha yaxşı oxumasını, təhsildə fəal və nümunəvi olmasını, məktəb daxilindəki idman yarışlarında üstünlük əldə etməsini necə qısqanclıqla qarşıladıqlarını, milliyyətcə erməni olan şagirdlərə “Nəyə görə türk sizdən güclü olmalıdır?” deyə təsir etdiklərini, onlarda bizə qarşı nifrət hissi oyatdıqlarını yaxşı xatırlayıram. Bu təbliğat daha sonra öz təzahürünü erməni uşaqların bizimlə dava etmək üçün bəhanələr axtarması ilə göstərirdi. Biz bağışlayan olsaq da, onlara boyun əymirdik. Xatırlayıram ki, təhlükəsizliyimizi təmin etmək üçün məktəbdən evə gələrkən əlimizə ağac parçaları götürürdük”, - deyə həmsöhbətim bildirir.

O, ermənilərin azərbaycanlıları doğma ellərindən sıxışdırıb çıxarmaq üçün hər cür vasitələrə əl atdığını deyir: “Gəlmə ermənilər əvvəlcə məskunlaşanlardan daha qəddar və kinli idilər. Onlar dövlət idarələrinə rəhbərlik edirdilər. Azərbaycanlıların müraciətlərinə baxmırdılar, insanları incidirdilər. Ayrı-seçkilik edir, gənclərimizin ali təhsil almasına, işlə təminatına, vəzifələrə təyinatına maneələr yaradırdılar. Bu səbəbdən mən və mənim kimi çox sayda gənc ailələrin də təkidi ilə ali təhsil üçün Azərbaycana, ya da başqa ölkələrə üz tuturduq. Odur ki, gəncliyimi doğma obamda keçirə bilmədim. Sonra isə ermənilərin azərbaycanlılara qarşı törətdiyi deportasiya məni yurdumdan tamamilə ayrı saldı. Yuxularımda Böyükməzrəmə gedirəm. Kəndin küçələrini gəzib-dolaşıram, evimizə çatanda məni böyük həyəcan ağuşuna alır. Qapımızı açıb, içəri keçmək istəyəndə isə yuxudan oyanıram. Doğma elimə, evimə yuxularda qovuşmaq çox ağırdır”.

Kövrəlib, qəhərdən gözləri dolan müsahibim özünü toparlamağa çalışır. Bir qədər sonra sanki özünü təsəlli edirmiş kimi iki oğlunu da uşaq vaxtı doğulub, boya-başa çatdığı kəndə apara bildiyini dilə gətirir. “Kəndimiz, babasının evi böyük oğlumun uşaqlıq xatirələrində qalıb. Buna o qədər sevinirəm ki... Onlarla, nəvələrimlə daim Qərbi Azərbaycanımızdan, o yerlərin tarixi torpaqlarımız olmasından, ora qayıtmağın haqqımız olmasından danışıram. İstəyirəm ki, övladlarım, nəvə-nəticələrim bir zaman qarış-qarış tanıyıb, sevdiyim o yerlərə gedə bilsinlər. Oraların gözəlliyini, doğmalığını yerində görüb, hiss etsinlər. Orada təkcə keçmişimizi, evimizi, mal-mülkümüzü qoymamışıq. Ürəyimiz də orada qalıb. Kəndimizin sakini olan bütün azərbaycanlılar kimi, baytar həkim olan atam, anam, qardaşım və 3 bacım da ailələri ilə birgə 1988-ci ildə Qərbi Azərbaycandan deportasiya edildi. Şəxsi mülkiyyətimiz, fərdi əmlakımız, hətta mənim böyük kitabxanam, ailə şəkillərimiz belə orada qaldı. Ermənilər qarşılarına çıxan hər kəsi, uşaq-böyük, qadın, yaşlı demədən, kənddən çıxmağa məcbur edib, əks təqdirdə öldürəcəkləri ilə hədələyirdilər. Ən zəruri əşyalarını belə götürməyə imkan vermədikləri, böyük təzyiq göstərdikləri insanları maşınlara yığıb, çarəsiz şəkildə Azərbaycana göndərmişdilər. Öz yurdundan çıxarılan bir çox insan kimi, mənim ailə üzvlərim də Göygöl rayonunda məskunlaşmalı oldu. Bu hadisə onlar üçün əsl məşəqqət idi. Bir müddət sonra bu dərdə dözməyən atam dünyasını dəyişdi. 96 yaşlı anam isə hələ də elinin, evinin həsrəti ilə yaşayır. Qonşularımızla əlaqə itib. Hərə bir tərəfə dağılmışdı...”, - deyə İrşad müəllim bildirir.

Otuz ildən artıq işğal altında olan torpaqlarımızın, Qarabağımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən azad olunmasından, Azərbaycanın suverenliyinin bərpasından, işğalçılara layiqli cavab verilməsindən böyük qürur hissi keçirdiyini deyən Qərbi azərbaycanlı bütün bunların onda ata-baba yurduna dinc yolla qayıdacağına inam yaratdığını deyir. Əmindir ki, doğma Göyçə mahalına, kəndlərinə duyduğu həsrət tezliklə sona çatacaq və o da doğmaları ilə birgə tarixi torpaqlarımıza dönəcək.

“İnam qələbənin yarısıdır. Bizim inamımız da, ümidimiz də böyükdür. Artıq Qarabağımıza qovuşmuşuq, əminəm ki, tarixi torpaqlarımıza geri dönüb, orada yaşamaq da bizə nəsib olacaq. Arzum var ki, kəndimizə dönüm, orada orta məktəbdə müəllim kimi çalışım. Bir arzum da var - uşaqlığımda “Sona bulağı” yaylağına gedərdik. Orada köçümüz düşən yerin arxasında bir dağ var idi. Hər dəfə gedəndə o dağın başına qalxıb, orada otururdum. Göyçə gölünə, kəndlərə uzun-uzadı baxıb, xəyala dalır, görüntünün möhtəşəmliyindən həzz alırdım. Bu zövqü yenə yaşamaq ən böyük arzularımdan biridir. İnanıram ki, bu arzum da çin olacaq”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO