Qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb
Bakı, 11 iyun, AZƏRTAC
İyunun 10-u saat 21 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində 1988-ci il təvəllüdlü Sultan Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, aparılmış araşdırmalarla 1991-ci il təvəllüdlü Hüseyn Qasımovun aralarında yaranmış mübahisə zamanı tanışı Sultan Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Qasımov prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:12]
Sosial Xidmət mərkəzlərində “Motivasiya görüşləri”nə start verilib
- 16.06.2026 [16:09]
Şəhidlərin övladları üçün 5-ci “YAŞAT” düşərgəsi başlayıb
- 16.06.2026 [16:03]
Komitə sədri Şuşada vətəndaşların müraciətlərini dinləyib
- 16.06.2026 [15:53]
Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
- 16.06.2026 [15:44]