Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Bakı, 12 mart, AZƏRTAC
Xəbər verildiyi kimi, cari il yanvarın 13-də Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Səbail Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, ibtidai istintaq zamanı 1993-cü il təvəllüdlü Yusif İsmayılovun Səbail rayonu, Salyan şosesi ,15 ünvanında xalası oğlu Etibar Fətəliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Yusif İsmayılova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2025 [19:39]
Mövsümi allergiyalardan necə qorunmaq olar? VİDEO
- 16.05.2025 [19:09]
MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib
- 16.05.2025 [18:48]
Azərbaycan Aktauda keçirilən beynəlxalq forumda təmsil olunub
- 16.05.2025 [18:47]
Xocasəndə taxta sexində baş verən yanğın söndürülüb - YENİLƏNİB
- 16.05.2025 [18:46]
AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb
- 16.05.2025 [18:32]