Qətər Dövlətinin Əmiri əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taniyə
Əlahəzrət,
Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Qətər dövlətlərarası münasibətlərinin, dostluq və əməkdaşlıq əlaqələrimizin inkişafı və möhkəmləndirilməsi naminə qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qətər xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 11 dekabr 2010-cu il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:46]
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO
- 12.10.2026 [12:52]
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO
- 12.10.2026 [12:31]
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB VİDEO
- 12.10.2026 [10:10]