“Qətl edilmiş uşaqlar” kitabı təqdim olunacaq
Bakı, 13 yanvar, AZƏRTAC
Yanvarın 19-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda AYB-nin “Bayatı kitab” mağazası və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə gənc müəlliflər - İlkin Şükürbəyli və Nəsimi Faiqoğlunun “Qətl edilmiş uşaqlar” kitabının təqdimatı keçiriləcək.
AYB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na uyğun olaraq reallaşdırılacaq.
Elm, ədəbiyyat, incəsənət xadimlərinin və ictimaiyyət nümayəndələrinin iştirak edəcəkləri tədbirdə düşmən gülləsinə tuş gələn uşaqların acı taleyindən söhbət açılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]