Qəza keçirən futbolçu xəstəxanadan evə buraxılıb
Bakı, 31 dekabr, AZƏRTAC
İngiltərənin “Vest Hem” komandasının futbolçusu Maykl Antonio dəhşətli qəzadan sonra xəstəxanadan çıxıb.
AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Hücumçunun müalicəsi ev şəraitində davam etdiriləcək.
Xatırladaq ki, M.Antonio dekabrın 7-də qəza keçirib. Futbolçunun idarə etdiyi avtomobilə ciddi ziyan dəyib. İdmançının özü helikopterlə xəstəxanaya aparılıb.
Əməliyyat olunan 34 yaşlı forvardın təxminən bir il yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
M.Antonio Premyer Liqada bu mövsüm 14 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:42]
Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil
- 03.10.2026 [21:34]
Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]