QHT-LƏR ÜÇÜN SEMİNARLAR KEÇİRİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu BMT-nin İnkişaf Proqramı və Açıq Cəmiyyət İnstitutunun ölkəmizdəki nümayəndəliklərinin maliyyə dəstəyi ilə “Qeyri-hökumət təşkilatları sektorunun problemləri və perspektivləri” adlı yeni layihə çərçivəsində seminarlara başlamışdır.
Bu layihədə ictimai vəkillik, QHT ilə hökumət və özəl sektorun münasibətləri, QHT-lərin monitorinq imkanlarının artırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi kimi məsələlər önə çəkiləcək, həmçinin dövlət və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə müzakirələr aparılacaqdır.