Qida Təhlükəsizliyi Agentliyinin sədri sahibkarlarla görüşləri davam etdirir
Bakı, 18 may, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mayın 16-da Bakıda açılmış XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2018" və XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin üçüncü günündə də sahibkarlarla görüşlərini davam etdirib.
Bu barədə AZƏRTAC-a agentliyin mətbuat xidmətindən açıqlama verilib.
Agentliyin sədri "Azmeat Production" MMC, “Araz Aqro Qrup MMC”, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası və digər şirkətlərin nümayəndələrinə qida təhlükəsizliyi sahəsinin dövlət siyasəti, qarşıya qoyulan tələblər, habelə bu sahədə fəaliyyət göstərən subyektlərin qeydiyyatı və dövlət reyestrinin aparılması qaydaları barədə məlumat verib.
Q.Təhməzli qarşıda duran əsas vəzifələrdən birinin müasir standartlara uyğun, rəqabətə davamlı qida məhsullarının istehsalının olduğunu vurğulayıb.