QİƏT REGİONAL İNTEQRASİYANIN UĞURLU NÜMUNƏSİDİR
S.Lavrov vurğulamışdır ki, Rusiya tərəfinin təşəbbüsü ilə Qara dəniz ətrafında sürətli avtomobil magistrallarının inkişafı layihəsinin gerçəkləşdirilməsi ilə bağlı qarşılıqlı anlaşma haqqında memorandum hazırlanmışdır. QİƏT-in himayəsi ilə Qara dəniz limanları arasında sərnişin daşımalarının bərpa edilməsi barədə razılıq əldə olunmuşdur. 2006-cı ilin sonunadək Avropa, MDB və Baltikyanı ölkələrin enerji sistemlərinin sinxronlaşdırılması məsələsi dəqiqləşdiriləcəkdir. QİƏT ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafı sahəsində səylər davam etdirilir, çünki iştirakçı dövlətlər Avropa İttifaqı ilə əməkdaşlıq haqqında sənədin imzalanmasında maraqlıdır. S.Lavrov təşkilatda bütün region ölkələrinin iştirakını təmin etmək üçün kadr potensialının, habelə QİƏT Katibliyinin işinə nəzarəti gücləndirməyin vacibliyini də diqqətə çatdırmışdır.