Qırğızıstanda COVID-19-a yoluxanların sayı 43 mini keçib
Bişkek, 23 avqust, АZƏRTAC
Son sutkada Qırğızıstanda COVID-19 koronavirusuna 134 nəfər yoluxub və pandemiya dövründə bu rəqəm 43 min 23 nəfərə çatıb.
AZƏRTAC Qırğızıstan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saatda virusdan 1 xəstə vəfat edib və ölənlərin sayı yeni statistika ilə 1060 nəfər olub. Həmçinin son gündə virusa 6, ümumiyyətlə isə 3 min 92 tibb işçisi yoluxub.
Məlumatda qeyd olunub ki, son gündə Moskvadan Bişkekə 236, Sankt-Peterburqdan 166, Moskvadan Oş şəhərinə 174, Novosibirskdən isə 152 Qırğızıstan vətəndaşı gətirilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
- 07.08.2026 [16:06]