Qırğızıstanda COVID-19-a yoluxanların sayı 43 mini keçib
Bişkek, 24 avqust, АZƏRTAC
Son 24 saatda Qırğızıstanda COVID-19 koronavirusuna 103 nəfər tutulub və pandemiya dövründə yoluxanların ümumi sayı 43 min 126-ya çatıb.
AZƏRTAC Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son sutkada 1, ümumiyyətlə isə 1058 nəfər virusdan ölüb.
Bildirilir ki, son gündə 9, ümumiyyətlə isə 3 min 101 tibb işçisi bu virusa yoluxub.
Qeyd edilib ki, ötən gecə Moskvadan Bişkekə 393 Qırğızıstan vətəndaşı gətirilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]