Qırğızıstanda kriminal avtoritetin 720 mənzili dövlət mülkiyyətinə verilib
Bakı, 22 noyabr, AZƏRTAC
Qırğızıstanda öldürülən kriminal avtoritet Kamçıbek Kolbayevin 720 mənzili dövlət mülkiyyətinə keçib.
AZƏRTAC xəbər verir ki, Qırğızıstanın dövlət əmlakının idarə edilməsi üzrə Agentliyinin direktorunun birinci müavini Meder Maşiyev bu barədə “Kabar” agentliyinin keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bundan başqa Kolbayevin 38 torpaq sahəsi və evləri, 356 nəqliyyat vasitəsi də dövlət mülkiyyətinə verilib. Eyni zamanda, “qanuni oğru”nun avtomobilləri hərraca çıxarılıb, dəyəri yarım milyon dollardan çox olan damazlıq atları isə müsadirə edilib.
Qeyd edək ki, oktyabrın əvvəlində kriminal avtoritet Kamçı Asanbek (Kamçıbek Kolbayev) Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşlarına silahlı müqavimət göstərərkən öldürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]