Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qırğızıstanlı jurnalist: Azərbaycan özünəyetərli, zəngin və təhlükəsiz ölkədir

Qırğızıstanlı jurnalist: Azərbaycan özünəyetərli, zəngin və təhlükəsiz ölkədir

Bakı, 4 mart, AZƏRTAC

Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Qırğızıstan nümayəndə heyətinin üzvü, “Veçerniy Bişkek” qəzetinin müxbiri Nina Niçiporova “Odlar Yurdunda” sərlövhəli məqaləsində Milli Məclisə seçkilər prosesi, ölkəmizin paytaxtı Bakı şəhəri və onun sakinləri barədə təəssüratlarını bölüşüb.

Məqalə müəllifi yazır: “Qırğızıstan Mərkəzi Seçki Komissiyasının rəhbərinin, Prezidentin Joqorku Keneşdə (Parlament) nümayəndəsinin, Qırğızıstan Xalq Assambleyası sədrinin, deputatların və jurnalistlərin daxil olduğu nümayəndə heyəti Bakıya Azərbaycan tərəfinin dəvəti ilə Milli Məclisə seçkilərin necə təşkil olunduğunu və necə keçirildiyini müşahidə etmək üçün, bir sözlə, təcrübə toplamaq üçün gəlmişdi. Axı tezliklə bizdə də parlamentə mandatlar uğrunda bu cür mübarizə olacaq. Yeri gəlmişkən, müxtəlif ölkələrdən və qitələrdən - Avstraliyadan ta Amerikaya qədər müxtəlif guşələrdən dəvət edilənlər çox idi. Mətbuat nümayəndələri üçün ayrılmış onmərtəbəli oteldə səhərdən başlamış axşamdan xeyli keçənə qədər jurnalistlərin səsi eşidilirdi. Parlament seçkiləri yalnız müşahidəçilərin, ekspertlərin və reportyorların bu cür izdiham şəklində toplaşdığı halda açıq və şəffaf hesab edilir. Demək istəyirəm ki, Bakıda hər şey beynəlxalq normalara və tələblərə uyğun idi.

Seçkilər sivil ölkələrdə qəbul edilmiş demokratik qayda üzrə keçirildi. Ötən çərşənbə günü seçkilərə tam yekun vurulub. Hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri daha çox deputat mandatı qazanıblar. Əlbəttə, müxalifət seçkilərin yekunlarından narazı idi. Bu da aydındır, çünki heç kəs uduzmağı xoşlamır. Lakin müxalifətin mənfi emosiyaları küçələrdə etirazlara və mitinqlərə çevrilmədi. Prezidentin Joqorku Keneşdə nümayəndəsi deyib: “Seçkilərdə təcavüz olmadı. Ölkədə daha çox pozitiv hiss olunur”.

Jurnalist Azərbaycanın paytaxtı, Dənizkənarı Bulvar, şəhərin rəmzləri, qədim İçərişəhər və başqa görməli yerlər barədə təəssüratlarını bölüşüb. O yazır: “Azərbaycanın özünəyetərli, zəngin və təhlükəsiz ölkə olduğunu hiss etmək üçün bir neçə gün orada olmaq kifayətdir. Keçmiş prokurorluq işçisi olmuş bir tanışım hələ Bişkekdə mənə demişdi ki, Bakının küçələrində hətta gecə vaxtı, üstündə bir kiloqram brilyant olduğu vəziyyətdə rahat gəzə bilərsiniz, heç kəs onları əlinizdən almayacaq. Bu sözləri bizə Bakıda da təsdiq etdilər.

Daha bir məqam. Bakıda turizm üçün münasib sayılmayan bir vaxtda da hara baxsan, turistləri görərsən. Fevralda hava o qədər də xoş keçmir. Biz gələn gün hava bir qədər yumşalmışdı, amma sonra Xəzərdən sözün həqiqi mənasında buz kimi külək əsdi. Əlcəksiz adamın əlləri donurdu.

Lakin azərbaycanlılara xas olan emosionallıq, üzügülərlik və səxavət küləkdən daha güclü oldu. Biz rəsmi dairələrin nümayəndələri ilə görüşlərdən əlavə, bazarlara, mağazalara da baş çəkir, xalqın sıravi nümayəndələri ilə də görüşürdük. Yerli alverçilərin heç biri sənə pis mal sırımaq istəməyəcək, heç kəs bunu ağlına belə gətirməyəcək. Amma “malın qiymətini öldürmək” qafqazlılara xas olan bir ənənə və ünsiyyət vasitəsidir.

Azərbaycanlılar ünsiyyəti xoşlayan xalqdır. Əlbəttə, dövlət dilinə daha çox üstünlük verilir, lakin yaşlı və orta nəslin nümayəndələri rus dilini də əla bilir, cavanların əksəriyyəti isə ingilis dilində daha yaxşı danışır. Biz Qırğızıstandan gəldiyimizi deyəndə gənclərin reaksiyasından hiss olunurdu ki, onların ölkəmiz barədə məlumatı azdır. Yaşı 40-dan yuxarı olanlar isə Qırğızıstan barədə, bizim inqilablar, onların hakimiyyət dəyişikliyi ilə başa çatması barədə bilirlər.

Azərbaycanlılar ümummilli lider Heydər Əliyevin şəxsiyyətinə səmimi hörmət bəsləyirlər. Heydər Əliyev bu insanlar üçün ideal olub və bu gün də belədir, çünki ölkə üçün, onun xalqı üçün çox iş görüb, xalqın şad günündə də, çətin günlərində də onun yanında olub. Heydər Əliyevin həyat və fəaliyyəti sözün ən yüksək mənasında hakimiyyət və vətənpərvərlik etalonu olub. Öz keçmiş rəhbərlərinə Azərbaycandakı qədər hörmət və ehtiram bəslənilən başqa bir ölkə yadıma düşmür. Heydər Əliyevin xatirəsini əbədiləşdirmək üçün onun adını daşıyan mədəniyyət mərkəzi tikilib. Bu qeyri-adi bina əsl memarlıq incisi, müasir Bakının ən görməli yerlərindən biridir.

Mərkəzin layihəsinin memarı Zaha Hadid nüfuzlu Pritsker mükafatına layiq görülmüş ilk qadındır. Qədim məscidlərin divarlarındakı ərəb hərflərinin yazılışında olduğu kimi, bu mərkəzin xarici görkəmində də iti bucaqlar və düz xətlər yoxdur. Bu binaya baxanda, xüsusən onun daxilində olanda insan sanki gerçəklikdən uzaqlaşır, gələcəyə - 100 il sonrakı dövrə düşür. Bina bu dərəcədə qeyri-adidir. Deyilənə görə, bu mərkəzə yuxarıdan baxanda onun cizgiləri Heydər Əliyevin imzasını xatırladır.

Mərkəzin daxilində böyük, ağ zallar, hər şey Heydər Əliyevlə bağlıdır - onun maşınları, Prezident kabinetindəki mebel, sənədlər, fotoşəkillər, onun paltarları, təltifləri, hədiyyələri toplanıb. Bizə dedilər ki, burada həmişə çoxlu adam, o cümlədən gənclər və uşaqlar olur. Vətən sevgisi, vətənpərvərlik hissləri belə tərbiyə olunur. Burada həm də müxtəlif konsertlər və sərgilər təşkil olunur.

Bakı haqqında söhbət etdiyim adamların çoxu mənə deyirdi ki, azərbaycanlılar neftdə çimirlər, ona görə belə varlıdırlar. Lakin Allah bizdən də təbii sərvətlərini əsirgəməyib. Amma... Ölkənin indiki lideri İlham Əliyevin fikrincə, “Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik, bir də öz resurslarına güvənməkdir. Prezident kimi mənim bir məqsədim Azərbaycanı özünəyetərli və heç kəsdən asılı olmayan ölkəyə çevirməkdir. Başqa sözlə desək, iqtisadi müstəqillik əsas prioritet olub, çünki bu, siyasi müstəqillik üçün təməldir”.

Neft isə, obrazlı şəkildə desək, bu hədəfi və ideyanı yalnız qidalandırır. Amma neft həqiqətən çoxdur. Şəhərdən 10 kilometr məsafədə də buruqlar görünür. Paytaxtın yaxınlığında yerin təkindən çıxan qaz isə, deyilənə görə, min ildir ki, yanır. Bura Yanardağdır. Doğrudur, hazırda alov yalnız Yanardağın ətəyində görünür. Çoxsaylı turistlər təbiətin bu möcüzəsini öz gözləri ilə görmək üçün buraya gəlirlər. Əlbəttə, biz də onlara qoşulduq.

Azərbaycanda İpək yolu ilə bağlı tarixi yerlər çoxdur. Məsələn, Atəşgah. Xalça Muzeyi, Müasir İncəsənət Muzeyi, teatrlar, bənzərsiz şərablar və milli mətbəx. Azərbaycanda üzüm, xurma və avokadodan da şoraba hazırlayır, ət və balıq xörəklərinə əlavə edirlər.

Əlbəttə, dörd gündə bütün tarixi yerləri görmək, bütün ləziz nemətləri dadmaq mümkün deyil. Buna görə çox istərdim ki, xalq arasında “Odlar Diyarı” adlanan Azərbaycanla tanışlığımız davam etsin”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kazakhstan, Serbia expand defense industry cooperation

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib VİDEO

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peyki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib VİDEO

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir