Qızıl medal qazanan gimnast: Bakıdan xoş təəssüratlarla qayıdacağım üçün çox sevincliyəm
Bakı, 18 oktyabr, AZƏRTAC
"Bakıdan xoş təəssüratlarla qayıdacağım üçün çox sevincliyəm".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən "TeamGym" üzrə Avropa çempionatının qarışıq komanda yarışlarında qızıl medal qazanan islandiyalı gimnast Arman Siqurholm Larsen deyib.
Yeniyetmə idmançı çıxışından razı qaldığını bildirib: "Hisslərimi sözlərlə ifadə edə bilmirəm. Hədsiz dərəcədə xoşbəxtik. Hər birimiz komandamızın uğuru üçün çalışırdıq. Buraya çempionluq üçün gəlmişdik. Nəhayət, istədiyimizi aldıq".
O, arenada idmançılara dəstəyini əsirgəməyən bütün azarkeşlərə təşəkkür edib: "Milli Gimnastika Arenasında sanki idman bayramıdır. Öz çıxışımız zamanı digər ölkələrdən gələn fanatların da dəstəyini hiss edirdik. Məsuliyyətin fərqində idik. Onları məyus etmədiyimiz üçün özümüzlə qürur duyuruq".
Qeyd edək ki, "TeamGym" üzrə Avropa çempionatına oktyabrın 19-da yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]