QOBUSTANDA İTALİYALI BƏRPAÇI MEMAR TƏDQİQAT APARIR
AZƏRTAC xəbər verir ki, italyan bərpaçı memar Luici Skrinzi Qobustan Milli tarixi-bədii qoruğundakı Roma və ərəb yazılarının konservasiyasına başlamışdır. Doktor Luici Skrinzi İtaliyanın “Humidbloc” şirkətinin incəsənət və memarlıq üzrə direktorudur.
Roma yazıları Böyükdaş qayasının aşağı terrasındakı qaya daşı üstündədir. Qədim latın əlifbası ilə yazılmış 6 sətirdən ibarət kitabə “İmperator Domisian Sezar Avqust Germanikusun dövrü Lütsi Yuli Maksim XII ildırım sürətli legionun senturiyası” sözlərindən ibarətdir. Yazılar eramızın I əsrində imperator Domisianın zamanında XII Fulminat Roma legionunun Azərbaycanda olmasını təsdiq edir.
Ərəb yazıları isə ərəb əlifbası ilə, lakin fars dilində XIII-XIV əsrlərdə Yazılıtəpədə həkk edilmişdir. 3 sətirlik sözlər bunlardır: “İmad”, “Şaki” və “dua qoftə rəft”, yəni “dua etdi getdi”.
Konservasiya işlərinin tamamlanması sentyabrın sonuna nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]