Qobustanda mağazalardan oğurluq edən dəstə üzvləri saxlanılıb
Bakı, 24 fevral, AZƏRTAC
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində rayon ərazisində silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayonun Çuxanlı və Yekəxana kəndlərində yerləşən, ümumilikdə, 3 mağazadan eyni gündə oğurluq edilməsi barədə şöbəyə məlumat daxil olub. Gecə saatlarında obyektlərə daxil olan naməlum şəxslər kassalardakı pulu, telefon danışıq kartlarını və dəyəri 1000 manatdan yuxarı tütün məmulatlarını oğurlayıblar. Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxslər – Fərid Ağarzazadə, əvvəllər də oğurluğa görə məhkum olunmuş Qəzənfər İsaqlı, Qərib İsmayılov, Cahandar Cəbrayılov və Müşviq Həsənov saxlanılıblar.
Araşdırma zamanı tanışların oğurluq məqsədilə paytaxtdan Qobustana gəldikləri və məqsədlərinə çatdıqdan sonra Bakıya qayıdaraq, əldə etdiklərini öz aralarında böldükləri müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [22:04]
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb
- 12.10.2026 [20:22]
Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır
- 12.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 12.10.2026 [19:03]
ETSN-in əməkdaşları qan veriblər
- 12.10.2026 [18:50]
Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb
- 12.10.2026 [18:33]
Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq
- 12.10.2026 [18:14]