“QORİZONT” AZƏRBAYCAN ŞİRKƏTLƏRİNİ ƏMƏKDAŞLIĞA CƏLB ETMƏK NİYYƏTİNDƏDİR
AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, Belarusun “Qorizont” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın ticarət şirkətlərini qarşılıqlı surətdə faydalı əməkdaşlığa cəlb etmək niyyətindədir.
Müəssisənin mütəxəssisləri bildirmişlər ki, “Qorizont”un Azərbaycanda Belarus milli sərgisində iştirakı yerli dilerlərlə tərəfdaşlıq əlaqələri yaratmağa imkan açmışdır. Sərgiyə Belarus müəssisəsi LCD televizorları, DVD musiqiçaldıranları, məişət texnikası və kondisionerlər göndərmişdir.
Müəssisənin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan şirkətlərindən əməkdaşlıq haqqında çoxlu təklif alınır. Məsələn, “M-Real” şirkəti ilə LCD televizorları, DVD musiqiçaldıranları, tozsoranlar və elektrik sobaları göndərilməsi haqqında 1,5 milyon dollarlıq müqavilə bağlanmışdır. Bundan başqa, Azərbaycanın daha bir şirkəti ilə Belarusun məşhur məhsullarının yerli bazarda satışı haqqında niyyət protokolu imzalanmışdır.
Ümumiyyətlə, “Qorizont” Azərbaycanda fəal reklam siyasəti aparmaq niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [19:53]
SOCAR: Təbii qaza tələbat hələ uzun müddət davam edəcək
- 02.06.2026 [19:49]
31-ci Bakı Enerji Forumu başa çatıb - YENİLƏNİB VİDEO
- 02.06.2026 [19:14]
Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib VİDEO
- 02.06.2026 [19:12]
Azərbaycan-Aİ strateji enerji tərəfdaşlığı nəzərdən keçirilib
- 02.06.2026 [19:03]