Qran-Pri turnirində paracüdoçularımız daha iki medal qazanıblar
Bakı, 26 may, AZƏRTAC
Bakıda keçirilən paracüdo üzrə “IBSA Judo Grand-Prix Baku 2021” beynəlxalq Qran-Pri turnirinin sonuncu günündə paracüdoçularımız daha iki medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, qadınların yarışında paracüdoçumuz Zülfiyə Hüseynova (70 kq) həlledici mərhələdə Braziliya idmançısı Alana Maldonadoya məğlub olaraq gümüş medalla kifayətlənib. Kişilərin yarışında isə Hüseyn Rəhimli (81 kq) final qarşılaşmasında Özbəkistan təmsilçisi Davurxon Karomatova uduzaraq ikinci yerə sahib olub.
Qeyd edək ki, bundan əvvəl paracüdoçumuz Xanım Hüseynova (63 kq) qızıl medal qazanıb.
Azərbaycan cüdoçuları turnirin sonuncu günündə 7 çəki dərəcəsində mübarizə aparırlar.
On səkkiz cüdoçumuzun mübarizə apardığı Qran-Pridə ümumilikdə 38 ölkədən 200 idmançı medallar uğrunda yarışır.
“IBSA Judo Grand-Prix Baku 2021” Qran-Prisi turniri Tokio Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]