CƏMİYYƏT
Quba, Qax və Balakəndə silah-sursat aşkar olunmuşdur
Bakı, 28 aprel (AZƏRTAC). Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindən 1 ədəd revolver tipli tapança tapılmışdır.
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İlisu kəndi ərazisindən 1 ədəd “AK-74” avtomatı, 111 ədəd müxtəlif çaplı patron və 1 ədəd patron darağı aşkar edilmişdir.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Katex kəndi ərazisində 1 ədəd “AKS” avtomatı, 2 ədəd “TOZ-8” tüfəngləri, 3 ədəd ov tüfəngləri, 1 ədəd idman tapançası, 177 ədəd müxtəlif çaplı patron, 1 ədəd alışdırıcı və 1 ədəd patron darağı tapılmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırmalar davam edir.