Qurban Qurbanov: Cavab oyununda daha yaxşı çıxış edəcəyimizə inanıram
Bakı, 8 avqust, AZƏRTAC
BATE ilə görüşdə məğlub olmaq istəməzdik. Amma bu, hələ birinci oyundur. Qarşıda bizim daha 90 dəqiqəmiz var.
AZƏRTAC xəbər verir ki, bunu Ağdamın “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Belarusun BATE klubu ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Cavab matçına daha yaxşı hazırlaşacaqlarını vurğulayan baş məşqçi ilk oyunda futbolçularda bir qədər həyəcan olduğunu vurğulayıb: “Buna baxmayaraq, futbolçular ikinci hissə daha yaxşı oynadılar. Rəqib təcrübəli komanda idi. Cavab oyununda daha yaxşı çıxış edəcəyimizə inanıram. Amma heyətdə ciddi dəyişiklik olacağını düşünmürəm. Futbolçuların durumuna görə qərar verəcəyik. Futbolda bəzən ilk, bəzən də ikinci hissədə çətin olur. Rəqib ilk hissədə hücumlardan səmərəli istifadə etdi”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]