Qurban Qurbanov: Həmişə çempion olası deyilik
Bakı, 30 aprel, AZƏRTAC
“Neftçi”ni təbrik edirəm. Bu gün onlar çox istəkli idilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXI turundan təxirə salınmış oyunda “Neftçi”yə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, rəqib müdafiədə yaxşı oynayıb: “Amma öz oyunçularımdan da razı qaldım. Məğlub durumda olanda belə, rəqibin üzərinə gedirdilər. Tribunalarda da əla atmosfer var idi. Son böyük hesablı qələbə oyunçularda arxayınçılıq yarada bilər. Çalışdıq ki, onlar bunu unutsunlar”.
Mütəxəssis çempion olmamalarını bir neçə səbəblə əlaqələndirib: “Məsələn, çempionata yaxşı hazırlaşmadıq. Əvvəlcədən liqanın gücünü bilmədik. Çempionlar Liqası da bizi çox yordu. Futbolçulara da başqa təkliflər oldu. Bu da motivasiyaya təsir etdi. “Sabah” da çox hazırlıqlı komandadır. Heç bir oyunda boşluq vermədilər. Gücümüzü bölüşdürə bilmədik. Həmişə çempion olası deyilik. İstənilər çempionatda bu hallar baş verir”.
Müxbir – Cavid Əliyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]