Qusarda 500 ailəyə ərzaq məhsullarından ibarət yardım bağlaması paylanılıb
Qusar, 17 aprel, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunda Qarabağ əlilləri, şəhid ailələri və kimsəsiz vətəndaşlar olmaqla, ümumilikdə, 500 ailəyə ərzaq məhsullarından ibarət yardım bağlaması paylanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xüsusi karantin şəraitində yaşayan ailələrə edilən yardım kampaniyası Qusar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “Asnaf” Sənaye Şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilib.
Aksiyadan yararlanan insanlar koronavirus infeksiyasının dünyanı bürüdüyü bu çətin günlərdə onların qayğısına qalan xeyirxah insanlara və dövlətimizə minnətdarlıqlarını bildiriblər.