Qusarda süni göldə çimən gənc boğulub
Qusar, 21 iyul , Elxan Yusifli, AZƏRTAC
İyulun 21-də Qusar ərazisində yerləşən süni göldə çimərkən 1997-ci il təvəllüdlü Adiq Yavər oğlu Bağırov boğulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, göldə batan şəxsin sudan çıxarılması üçün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. A.Bağırovun meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib;
Rayon mərkəzinə yaxın ərazidə yerləşən “Bənövşə” adlandırılan gölün ətrafında istirahət mərkəzləri fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [16:43]
I MDU Yaşıl Kampus İdman Festivalı təşkil edilib
- 10.05.2026 [16:12]
Daşkəsəndə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib
- 10.05.2026 [15:03]