“Rafah” keçid məntəqəsi növbəti dəfə oktyabrın 23-də açılacaq
Bakı, 21 oktyabr, AZƏRTAC
Misirlə Qəzza sektorunun sərhədində yerləşən “Rafah” nəzarət-buraxılış məntəqəsi humanitar yüklərin növbəti partiyasının Fələstin əhalisinə çatdırılması üçün növbəti dəfə oktyabrın 23-də açılacaq.
AZƏRTAC xəbər verir ki, CNN telekanalı bu barədə BMT nümayəndəsinə istinadla məlumat yayıb.
Beynəlxalq ictimaiyyət tərəfindən Sinay yarımadasının şimalında yerləşən Əl-Ariş şəhərinin hava limanına göndərilən humanitar yardımları daşıyan 20 yük avtomobili Qəzza sektoruna keçdikdən sonra nəzarət-buraxılış məntəqəsi bağlanıb. Yüklərin daşınmasına Misirin və BMT-nin Qırmızı Aypara Cəmiyyəti nəzarət edib.
Hələ ki, xarici ölkə vətəndaşlarının və ya ikili vətəndaşlığı olan şəxslərin Qəzza sektorundan Misirə keçməsi barədə məlumat verilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:36]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:09]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [18:44]