İDMAN
Ramal Aslanov “Planetdə ən güclü” adı uğrunda mübarizə aparır
Bakı, 23 sentyabr, AZƏRTAC
Sentyabrın 23-də Pekində reytinq xalı üzrə dünyada ən güclü səkkiz döyüşçünün “Planetdə ən güclü” adı uğrunda gərgin mübarizəsinə start veriləcək.
AZƏRTAC xəbər verir ki, ölkəmizin ilk dəfə qatıldığı bu yarışda Azərbaycanı “Lord” ləqəbli peşəkar kikboksçu, Avropa və dünya çempionatlarının mükafatçısı, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin yetirməsi Ramal Aslanov təmsil edəcək.
Ramal Aslanov əməkdar məşqçi, yeniyetmə və gənclər üzrə yığma komandamızın baş məşqçisi Hakim Hacıyev rəhbərliyi ilə döyüşə çıxacaq. Dörddəbir final mərhələsində 71 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Azərbaycan təmsilçisinin ilk rəqibi Əfqanıstan idmançısı Atik Asgarzadah olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [15:32]
Azərbaycan gimnastı Bakıdakı Avropa Kubokunda finala yüksəlib
- 03.05.2024 [15:11]
Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək
- 03.05.2024 [15:07]
Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb
- 03.05.2024 [15:00]
Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar
- 03.05.2024 [13:57]