Ramana qəsəbə sakini evinin çardağında aşkarladığı silah-sursatı polisə təhvil verib
Bakı, 27 fevral, AZƏRTAC
Qanunsuz saxlanılan silah-sursatın könüllü təhvil verilməsi məqsədilə polis əməkdaşlarının keçirdikləri əməliyyat və profilaktiki tədbirlər səmərəli nəticələr verir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə müraciət edən Ramana qəsəbəsinin qadın sakini evinin çardağında mərhum qardaşına məxsus silah-sursat aşkarladığını və onları könüllü olaraq polisə təhvil vermək istədiyini qeyd edib.
Həmin ünvana gələn polis əməkdaşları iki ədəd “F-1” qumbarası, 2 alışdırıcı, 64 avtomat patronu, 2 patron darağı, 2 siqnal fişəngi və 1 silah təmizləmə ləvazimatı aşkarlayıblar. Həmin silah-sursat götürülərək aidiyyəti üzrə təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]