Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ramazan və biz

Ramazan və biz

Bakı, 24 may, AZƏRTAC

Orta məktəb illərində görürdüm ki, ən çox tənqidə məruz qalan din adamlarıdır. Amma səbəbini bilmirdim. Müxtəlif vəzifə sahibləri məhərrəmlik və orucluq günlərində qəzet səhifələrində İslam dininə hər cür böhtanlar atırdılar. Həkimlər oruc tutmağı insanın sağlamlığı üçün ən böyük təhlükə sayırdılar. Öz-özümə fikirləşirdim: əgər həkim məsləhəti doğrudursa, onda kəndin yaşlı adamları niyə bu məsləhətə qulaq asmırlar? Yox, əgər kənd camaatının hərəkəti doğrudursa, onda həkimlər niyə yalan danışırlar? İllər keçəndən sonra məlum oldu ki, həkimlər öz sözünü yox, Allahsız hökumətin iradəsini ifadə edirlərmiş. Sovet dövləti mövcud olduğu 70 il ərzində İslama qarşı Kommunist partiyasının rəhbərliyi altında hər cür mübarizə apardı. İslam əxlaqı üzərindən xətt çəkilir, hər şeyə xurafatçı mövqedən qiymət verilirdi. 1920-ci ilin aprel işğalından sonra hətta çar Rusiyası dövründə mövcud olan dini təsisatlar ləğv edildi, din adamlarına qarşı amansız repressiyalar həyata keçirildi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərovun “Ramazan və biz” adlı məqaləsində yer alıb.

Məqalədə deyilir: “Səkkizinci sinifdə Anri Massenin “İslam” əsərini oxudum. Əsər mənə maraqlı gəldi, amma çox şeyi başa düşmədim. Orta məktəbi bitirənə qədər bu əsəri bir neçə dəfə oxudum. Massenin İslamla bağlı yazdıqları ilə gündəlik həyatda gördüklərim üst-üstə düşmürdü.

Uşaq ikən aşağıdakıların şahidi olurdum:

Valideynlərim gündə üç vədə namaz qılır, Ramazan ayında oruc tutur, Məhərrəmlikdə İmam Hüseyn (ə) təziyəsini saxlayırdılar. Uşaq yaşlarında namaz qılmağın, oruc tutmağın mahiyyətini başa düşməsəm də, ibadətim valideynlərim tərəfindən təqdir olunurdu. Yeməyə başlamazdan əvvəl “Bismillah” deməli, yemək bitəndən sonra Allaha şükür etməli idik. Hər dəfə evə daxil olanda və ya yolda özündən yaşca böyüklə qarşılaşanda salam verməli idik. Dilinə söyüş gətirmək, yalan danışmaq ən böyük günah sayılırdı. Böyüklərin qulluğunda durmalı, kiçiklərə qayğı göstərməli idik. Həyatımın əsas qayəsinə çevrilən halal və haramın nə olduğunu ailəmdən öyrəndim. Seyyidlər nə üçün hamı tərəfindən ehtiramla qarşılanır, nə üçün onlar hamıya nümunə olmalıdır, bunları da anam mənə öyrətdi (anam seyyid-peyğəmbər övladı idi). Amma ali məktəb tələbəsi olana qədər İslamla bağlı bildiklərim çox az idi.

Beş il tələbəlik illəri savadla yanaşı, bizi dünyagörüşü sahibi etdi. İkinci kursda Səlib müharibələrini keçərkən oxuyurduq: Avropalılar bir çox şeyləri müsəlmanlardan öyrəndilər. Sovet dönəmində oruc tutmaq, namaz qılmaq, məscidə getmək, təkyə qurmaq qanunla qadağan idi. Elə məmurlar var idi ki, onlar öz insanlıq ləyaqətini bu çətin günlərdə də qoruya bildilər.

Məktəb illərində məhərrəmlik vaxtı ehsan verilən günləri xatırlayıram. Məktəbin yanında rəhmətlik Səfərin geniş həyəti var idi. Yağış olmayan gün həyətdə həsir sərir, şagirdləri ehsana çağırırdılar. Həmin saatlarda məktəbin direktoru Fazil müəllim görünməzdi. Soruşanda deyirdilər ki, rayon mərkəzinə maarif şöbəsinə iclasa gedib. Zaman keçəndən sonra anladım ki, Fazil müəllim bizi ehsandan məhrum etməmək və özünü partiya cəzasından qorumaq üçün bir neçə saatlığa diqqətdən uzaqlaşırmış. Allah rəhmət eləsin! Sovet dönəmində Kolatan orta məktəbinin müəllimləri dini dəyərlərin qorunması ilə bağlı mübarizədən üzüağ çıxdılar.

Ramazan ayını yaşadığımız üçün orucluqla bağlı bəzi mülahizələrimi sizinlə bölüşməyi qərara aldım.

Dünyanın sonuncu səmavi dini İslamdır.

İslam dininin beş vacib əməlindən biri oruc tutmaqdır. Hər bir insanın öz ruhu və mənəviyyatı ilə bağlı dəyərlərini öndə tutması vacib məsələlərdəndir. Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayında oruc tutmaq həmin ali dəyərlərdən biridir. Allaha və onun müqəddəs dininə iman gətirən hər bir şəxs öz iradəsini toplayaraq bu ay ərzində səhərdən axşama kimi yemək və içməkdən imtina edərək oruc ibadətini yerinə yetirməlidir.

Oruc tutmağın həm tibbi, həm ictimai, həm də mənəvi baxımdan çox faydaları var. Orucun tibbi faydaları aşağıdakılardan ibarətdir:

Bir il ərzində ardıcıl fəaliyyət göstərən həzm sistemi oruc tutmaq sayəsində dincəlir, yeni qüvvə toplayır. Bədəndə yığılan, müxtəlif xəstəlik mikrobları üçün əlverişli inkişaf məkanına çevrilən zərərli piylər orucluq zamanı əriyib azalır. Oruc dalaq, ürək, qan-damar sisteminin genişlənməsinə müsbət təsir göstərir. Oruc tutmaq nəticəsində böyrəklər dincəlir və normal fəaliyyətini bərpa edir. Eyni zamanda, maddələr mübadiləsi zamanı orqanizmdə toplanmış zərərli maddələrin bədəndən asanlıqla çıxmasına şərait yaradır, nəticədə orqanizm tullantılardan və toksik maddələrdən təmizlənir.

Məhəmməd Peyğəmbər (s) bunu nəzərdə tutaraq buyurmuşdur: “Oruc tutun ki, sağlam olasınız”. Əlbəttə, oruc tuta bilməyən xəstə şəxslər bu məsuliyyətdən azaddırlar, amma sağalandan sonra həmin günlərin əvəzində orucunu tutmalıdırlar.

Oruc insanları bir-birinə yaxınlaşdırır, doğmalaşdırır, siniflər və təbəqələr arasında ayrı-seçkiliyi aradan qaldırır. İmkanlı adamlar bir ay ac qalmaqla kasıbların halını yaxından duyur, onların aclıq və məhrumiyyətlər içində keçən günlərini müvəqqəti də olsa yaşayırlar. Buna görə də onlar imkansızlara qarşı daha şəfqətli, mehriban davranır, xeyriyyəçilik fəaliyyətlərini genişləndirirlər.

Oruc insanın iradəsini möhkəmləndirir, onda mənəvi qüvvə yaradır. Bu mənada, oruc iradə möhkəmliyi üçün bir aylıq imtahandır. Bu bir ay ərzində insan dözümlülüyə, nizam-intizama öyrəşir və bu keyfiyyət onun üçün tədricən vərdişə çevrilir. Dünyada heç bir əxlaq məktəbi və psixoloji proqram insan ruhunu oruc qədər təsir altına ala bilməz.

Oruc insanda müsbət əxlaqi keyfiyyətlərin möhkəmlənib inkişaf etməsinə şərait yaradır. Sübh tezdən axşama kimi Allaha ibadət etmək naminə oruc tutan şəxs bu müddət ərzində orucun zahiri qadağalarına (yeməmək, içməmək və s.) riayət etməklə yanaşı, Allahın bəyənmədiyi bütün naqis hərəkətlərdən uzaqlaşmağa çalışır və gününü Allahın istədiyi tərzdə keçirməyə can atır. Hədislərin birində deyilir: “Oruc tutarkən qulağını və gözünü haramdan uzaq saxla. Əbəs yerə mübahisə etmə. Çalış oruc tutanlara xas olan vüqarı itirməyəsən və oruc tutduğun gün adi günlərdən daha üstün olsun”.

Həzrəti Peyğəmbər (s) bu müqəddəs ayın gəlişini böyük sevinclə ümmətinə xəbər vermiş, bu ay barəsində dəyərli xütbə söyləmişdir. Xütbədə deyilir: “Ey insanlar! Həqiqətən, Allahın ayı (Ramazan) öz rəhmət, bərəkət və bağışlamağı ilə sizə tərəf gəlir. Belə bir ay ki, Allah yanında ayların ən əzəmətlisi, günlərin ən yaxşısı, gecələrin ən üstünü və saatların ən dəyərlisidir”.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımız yenidən milli mənəvi dəyərlərinin sahibi kimi çıxış etməyə başladı. Ümummilli lider Heydər Əliyev tərəfindən dövlət-din münasibətlərinin tənzimlənməsinin və inkişafının əsası qoyuldu. Dövlət orucluq günlərində dindar əhalisinə qayğı göstərməklə yanaşı, orucluq bayramını dövlət səviyyəsində qeyd etməyə başladı. Respublikamızın hər yerində iftar süfrələri təşkil olunur, ehtiyacı olan insanlar bu mərasimlərin iştirakçısına çevrilir. Bünövrəsini ulu öndər Heydər Əliyevin qoyduğu, hazırda dövlət başçısi İlham Əliyevin davam etdirdiyi, müsəlman dövlətləri tərəfindən təqdir olunan, Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi iftar mərasimi dövlət-din münasibətlərinin möhkəm təməllər üzərində qurulmasına əyani nümunədir.

Azərbaycan ali məktəblərinin flaqmanı adını böyük şərəflə daşıyan Bakı Dövlət Universiteti milli mənəvi dəyərlərin təbliği sahəsində müstəqil dövlətimizə yaxından kömək göstərir. Orucluqda iftar süfrəsi, Qurbanda bayram payı, Novruzda bayram xonçası təşkil olunur, çox zaman bu tədbirlər fakültələr və kafedralar arasında bayram yarışlarına çevrilir. Həmin bayram günlərində universitetin yataqxanalarında yaşayan tələbələr və qaçqın ailələri universitet kollektivinin mərhəmət dolu əməlləri ilə əhatə olunurlar.

Bakı Dövlət Universiteti ona qucaq açmış minlərə tələbəsinə yüksək təhsil verməklə yanaşı, onu xalqına, Vətəninə sadiq vətəndaş və milli mənəvi dəyərlərinə böyük önəm verən ziyalı kimi yetişdirir.

Əziz dindaşlarımız, Ramazan bayramınız mübarək! Gələn il bayram günlərində görüşmək arzusu ilə, İnşallah”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib