Ramil Həsənov: Şimali Kipr Türk dünyasının ayrılmaz hissəsidir
Ankara, 21 sentyabr, AZƏRTAC
Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Türk dünyasının ayrılmaz hissəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Milli Məclisinin deputatı Ramil Həsənov sentyabrın 21-də Lefkoşada Şimali Kiprin aparıcı Milli Birlik Partiyasının (MBP) 23-cü Qurultayındakı çıxışında deyib.
Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatı çərçivəsində Şimali Kipr Türk Cümhuriyyəti ilə əlaqələrin inkişafına və əməkdaşlığın genişləndirilməsinə bundan sonra da dəstək verəcəyini bildirən deputat, eyni zamanda, diqqəti Prezident İlham Əliyevin mövqeyinə çəkib.
R.Həsənov ŞKTC Prezidentinin və Baş nazirinin Azərbaycana yüksək səviyyəli səfərlərini xatırladıb, bunun iki ölkə arasında sıx əlaqələrin daha bir göstəricisi olduğunu xatırladıb.
Deputat Azərbaycan, Türkiyə və ŞKTC-nin aparıcı siyasi qüvvələri səviyyəsində sıx dialoqu yüksək qiymətləndirib.
Qurultay iştirakçılarına uğurlar arzulayan Ramil Həsənov Azərbaycanın bundan sonra da türk Kiprinin yanında olacağını deyib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]