“Rasim Ocaqov” təqaüdünə layiq görülmüş növbəti namizədin adı açıqlanıb
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) görkəmli kinorejissor, Xalq artisti Rasim Ocaqovun adına təsis edilmiş təqaüdün növbəti namizədinin adını açıqlayıb.
İttifaqdan AZƏRTAC-a bildirilib ki, bu il həmin təqaüdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 3-cü kurs tələbəsi, Vətən müharibəsi qazisi Məmmədəli Əbilov layiq görülüb.
Məmmədəli Əbilov 2023-cü ildə “Cinemoff” Beynəlxalq Kino Festivalının qalibi olub. Onun smartfonla çəkdiyi sosial çarx festivalda birinci yeri tutub.
Xatırladaq ki, AKİ-nin İdarə Heyətinin qərarı ilə 2017-ci ildə təsis edilmiş “Rasim Ocaqov” təqaüdü ADMİU-nun audiovizual sənətlər üzrə təhsil alan əlaçı və nümunəvi tələbələr üçün nəzərdə tutulub. Ötən illərdə bir neçə tələbə bu mükafatı alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [11:55]
Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb
- 09.10.2026 [23:00]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [22:17]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [19:21]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [17:55]
Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]