Ratsiyaların partlaması nəticəsində “Hizbullah”ın 20 döyüşçüsü ölüb
Bakı, 19 sentyabr, AZƏRTAC
“Hizbullah” hərəkatı İsrailin kiberhücumu nəticəsində ratsiyaların (xüsusi rabitə qurğuları) partlaması zamanı 20 üzvünün öldüyünü bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə hərəkatın sosial media hesabında yerləşdirilən kommünikedə deyilir. “Hizbullah” üzvlərinin hansı şəhər və rayonlarda öldüyü qeyd olunmur, eləcə də hadisə zamanı yaralanan döyüşçülərin sayı barədə məlumat verilmir.
Qeyd edək ki, Livanın Səhiyyə Nazirliyi ölkədə rabitə cihazlarının partlaması nəticəsində ölənlərin sayının 20 nəfərə yüksəldiyini, 460 nəfərin yaralandığını bildirib.
Təkrarlanan kiberhücumun gedişində Icom IC-V82 portativ ratsiyaları, litium-ion batareyaları və günəş panelləri olan smartfonlar və digər qurğular partlayıb.
Reuters agentliyinin məlumatına görə, ratsiyalar Hizbullah tərəfindən təxminən beş ay əvvəl alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]