Azərbaycan Dövlət İnformasiya Agentliyi

RAYON AĞSAQQALI MİRZƏLİ CƏFƏROVUN ÇIXIŞI

-Cənab Prezident!

İcazə verin, bütün yardımlılılar adından, o cümlədən ziyalılar və ağsaqqallar adından, çoxsaylı Yardımlı gəncləri adından Sizə “Xoş gəlmisiniz!” deyim, qədəmləriniz mübarək olsun. Rəhmətlik Heydər Əliyev hələ 1964-cü ilin oktyabr ayında Yardımlıya xoş bir müjdəni yerinə yetirmək üçün gəlmişdi. Bu gün Siz buradasınız, bizimləsiniz. Həyatımızın elə bir sahəsi yoxdur ki, Heydər Əliyev dühası oraya nüfuz etməmiş olsun. Məncə, Heydər Əliyevin ən böyük xidmətlərindən biri Sizin kimi dünya şöhrətli, ən görkəmli bir insanı Azərbaycan xalqına bəxş etməsidir.

Cənab Prezident, 2003-cü il oktyabrın 1-də Heydər Əliyevin Azərbaycan xalqına müraciətində deyilirdi: “İlham Əliyev praqmatik düşüncəli, yüksək ideyalı, mənim qurub başa çatdıra bilmədiyim ən çətin işləri axıra çatdıra biləcək bir şəxsiyyətdir. Mən ona özüm qədər inanıram”. Xalq bu müdrik sözləri, nəsihətləri qəbul elədi və Sizə səs verdi, Sizi Prezident seçdi. O vaxt yardımlılıların 79 faizi Sizə səs vermişdi. Sizin Prezident seçildikdən az sonra təsdiq etdiyiniz regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramı ulu öndərin bütün arzularının həyata keçirilməsinə kömək etdi.

Cənab Prezident, ulu öndər Heydər Əliyev məktəbliləri sevirdi və hesab edirdi ki, gələcəkdə Azərbaycanın ən mühüm işlərinin ağırlığını uşaqlar öz çiyinlərində aparacaqlar. Bu sahədə möhtərəm Mehriban xanım Əliyevanın işləri çox böyükdür. O, Azərbaycanda bu sahədə Heydər Əliyev ideyalarının həyata keçirilməsində, xalqa xidmətdə nümunə göstərir. Respublikada tikilən 132 məktəbdən 6-sı rayonumuzda qısa vaxt ərzində tikilib bütün avadanlığı, təchizatı ilə istifadəyə verilmişdir.

Cənab Prezident, Siz həmişə xalqla birlikdə olmusunuz. Bütün bunlar bizim qəlbimizi riqqətə gətirir. Xalqla rəhbərin vəhdətinin nə demək olduğunu göstərir. Biz qarşıdakı seçkilərdə də, sonrakı seçkilərdə də bütünlüklə Sizinlə xalqın vəhdətinə, Heydər Əliyev ideyalarının həyata keçməsinə səs verəcəyik.

Cənab Prezident, Prezident kimi çətin, məsul, şərəfli bir vəzifənin öhdəsindən layiqincə gəlmək üçün Sizə Ulu Tanrıdan uzun ömür, cansağlığı arzu edir, bütün yardımlılılar və onların burada iştirak edən nümayəndələri adından uğurlar diləyirəm.

Cənab Prezident, ola bilməz ki, sazı-sözü olan bir region şairi Sizi şeirə qonaq etməsin.

Böyük Heydər olsun balaca Heydər,

Yetdi, kömək etdi ən çətin anda,

Bu odlar yurdunun ahı Heydərə.

Yenidən yaratdı, yenidən qurdu,

Dedilər dünyanın şahı, Heydərə.

Nadanlar susadı xalqın ətinə,

Xalq od ayaqladı düşdü çətinə,

Heydər kömək oldu öz millətinə,

Onunçün dedilər dahi, Heydərə.

Böyük Heydər olsun, balaca Heydər,

Heydərlər yetirsin dalınca Heydər,

Tanrı qismət etsin, ən uca Heydər,

Özünün ən şirin payın Heydərə.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə nitq söylədi.

(Dövlətimizin başçısının nitqi qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunur).

X X X

Sonra Azərbaycan Prezidenti İlham Əliyev sakinlərə yaxınlaşaraq onlarla səmimi söhbət etdi, qayğıları ilə maraqlandı.

Ağsaqqallar, müharibə veteranları dövlətimizin başçısına dərin minnətdarlıq edərək dedilər ki, kaş bizim rayonumuzun rəhbərliyini iki il əvvəl göndərəydiniz. Üç aydır işə başlayıb, amma nə qədər işlər görübdür. O gələndən Yardımlı inkişafa başlayıbdır.

İLHAM ƏLİYEV: Mən onu təyin edəndə tapşırıq verdim ki, get insanlara qayğı göstər, bütün işləri gör və Yardımlını qabaqcıl rayona çevir. Yardımlı ucqar rayondur. Buraya gəlmirdilər, amma bundan sonra gələcəklər. Mən də gəlib yoxlayacağam. Yaxşı işlər görür, işə yaxşı başlayıb, gərək yaxşı da davam etdirsin.

SAKİNLƏR: Yardımlıya sizin bu gəlişiniz çox lazım idi. Kənd təsərrüfatı texnikası sarıdan çox əziyyət çəkirik.

İLHAM ƏLİYEV: İndi hər şey veriləcəkdir. Mən “Aqrolizinq” Səhmdar Cəmiyyəti yaratdım. Onun xətti ilə texnika alınır, gətiriləcək və bütün bölgələrə paylanılacaqdır.

SAKİNLƏR: Traktorlar, kombaynlar sovet dövründən qalmadır, köhnəlibdir. İnsanlar bellə, xışla şumlayırlar.

İLHAM ƏLİYEV: Mən deyirəm ki, burada işlər yaxşı gedəcəkdir. Bu, həm sizin üçün, həm də bütövlükdə ölkə üçün lazımdır. Ən çətin vəziyyətdə olan rayon ən qabaqcıl olmalıdır. İş, həmrəylik olan yerdə, quruculuq işləri aparılanda bu, mümkündür. Ona görə bu, hamımızın borcudur.

SAKİNLƏR: Bakıda, Lənkəranda və digər yerlərdə bizdən soruşanda ki, haralısınız, deyirdik Lənkərandanıq. Yardımlı deyə bilmirdik. Yeni icra hakimiyyəti başçısı Süleyman müəllim tərifi xoşlamır, ancaq həqiqətən tərifəlayiqdir. Onun gəlişindən sonra rayonda ağ daşdan evlər, məktəblər tikilir.

İLHAM ƏLİYEV: Neçə məktəb tikilir?

SAKİNLƏR: 18 məktəb tikilir. Sizin kadr siyasətiniz çox güclüdür, uzaqgörənsiniz. Biz Sizinlə fəxr edirik. Bəlkə də, ilin sonunadək rayon mərkəzi şəhərə bənzəyəcəkdir.

İLHAM ƏLİYEV: Elə də olmalıdır. Kadr məsələsini düz deyirsiniz. Bu, eyni zamanda niyyətdən asılıdır. İcra hakimiyyətinin başçısı xalqa xidmət etməyə gəlməlidir. O, başqa məramla gəlməməlidir. Gəlib adamları soymaqla, onların qanını sormaqla, rüşvət almaqla məşğul olmamalıdır. Mənim prinsipim budur. Mən göndərdiyim icra hakimiyyəti başçılarına bildirirəm ki, yaxşı işləsən, fəaliyyətini qiymətləndirəcək, sənə daha böyük vəzifə verəcəyəm. Amma təmiz işlə, insanlara qayğı göstər, çünki biz insanlar üçün işləyirik. Prezident də xalqın xidmətçisidir. Sadəcə olaraq, bu, ən yüksək icra vəzifəsidir. Ona görə əsas budur ki, hansı niyyətlə gəlir.

Yardımlı sakinləri problemlərindən də söhbət açdılar. Dövlətimizin başçısı məktub və şikayətlərə diqqətlə baxılacağını bildirdi və dedi ki, mən buraya gəldim, yol yaxşı vəziyyətdə deyil, çoxdandır təmirsizdir. Mən tapşırıq vermişəm ki, baxsınlar. Nəqliyyat naziri də buradadır, tapşırıram, məşğul olun və qısa müddət ərzində Masallıdan Yardımlıya yaxşı, rahat yol çəkilsin.

ZİYA MƏMMƏDOV (nəqliyyat naziri): Cənab Prezident, Sizin tapşırığınızla 15 milyard manat ayrılıbdır. Gələn ilin birinci yarısında 50 kilometrlik bu yol beynəlxalq standartlara uyğun qurulub Sizə məruzə olunacaqdır.

İLHAM ƏLİYEV: Yol tikilib qurtarandan sonra açılışına gələcəyəm.

SAKİNLƏR: Allah qoysa. Biz həmişə Sizin və kadrlarınızın arxasınca gedəcək, dəstəkləyəcəyik. Bizə qalsa, 20-30 il Sizi Prezident seçəcəyik. Allah Sizdən razı olsun.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Məktəblilər Türk dünyasının ortaq dəyərlərini nümayiş etdiriblər

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Hacıqabulda açıq ərazidə yanğın başlayıb

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur

Kembricdə təhsil alan azərbaycanlı tədqiqatçı: Qarabağdakı layihələr şəhərsalmanın ölkə üçün vacibliyini göstərir - MÜSAHİBƏ

Aytən Məmmədova: Qanun layihəsi qlobal qanunvericiliyin müasir çağırışlarını özündə əks etdirir

Kamran Əliyev: Uşaqların hüquqlarının qorunması prokurorluq orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biridir

LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib

Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb

Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək

Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb

XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

Seymur Məmmədov: Azyaşlılar qanunda təklif olunan dəyişikliklər barədə düzgün maarifləndirilməlidir

Ekspert: Uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi davamlı maarifləndirmə tələb edir

Sosial şəbəkədə yaş qadağasına əməl olunmasına ciddi nəzarət ediləcək

İnformasiya təhlükəsizliyi sahəsindəki islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır - RƏY

Şəhid və Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları Azərbaycanın enerji tarixi ilə tanış olublar

U-21 millisinin baş məşqçisi: Eqosunu komandadan üstün tutan futbolçunun yığmada yeri olmayacaq

Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT

Nazir müavini: Bir çox valideyn uşağının sosial şəbəkədən istifadəsinə nəzarət edə bilmir

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

BMU və İCMA arasında birgə fəaliyyət istiqamətləri müəyyənləşib

Gəncə Dövlət Aqrar Kollecinin ilk məzun buraxılışı olub

Azərbaycanın enerji diplomatiyası: Qlobal enerji təhlükəsizliyinə inteqrasiya olunmuş strateji inkişaf modeli - ŞƏRH

Azərbaycanla Yaponiya arasında əməkdaşlıq dərinləşir

Azərbaycan uşaqların maraqlarını və təhlükəsizliyini prioritet hesab edən hüquqi mexanizmlər formalaşdırır – ŞƏRH

Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib

Agentlik: Yeni təmayül tədris modeli ali təhsilə hazırlığı daha əlçatan edir

Elmir Vəlizadə: Qanun layihəsinin əsas mahiyyəti uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasıdır

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

“Uşaqlar və Hüquq” – Yeni kitab təqdimatı

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub

“Azəriqaz”ın baş direktoru Cəbrayılda vətəndaşların müraciətlərini dinləyəcək

Bahar Muradova: Uşaqların hüquq düşüncəsinin formalaşdırılması onların gələcəyi üçün mühüm investisiyadır

Prezident Ərdoğan: Türkiyənin təhlükəsizliyi ölkə sərhədləri hüdudlarından kənarda başlayır

Avropa Komissiyası: Lüksemburqda pensiya islahatı doğru, lakin çox kiçik addımdır

Əhməd İsmayılov: Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi müxtəlif problemlərə səbəb olur

Hesabat: Həkimlər süni intellekti səhiyyə sistemində AI texnologiyalarının tətbiqindən daha sürətlə mənimsəyirlər

Startap təsisçisi: Yanaşmamız “iLoyal”ı vahid biznes platforması kimi inkişaf etdirməkdir - MÜSAHİBƏ

® “AZEXIM CLUB”ın TOP-50 üzvü dövlət və hökumət başçıları ilə gorüşəcəklər

Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim

Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert

Maurits Rodenberq: Orta Dəhliz regiona yeni investisiyaların cəlb olunmasına imkan yaradacaq

“AzerGold”da Kəlbəcərin Söyüdlü qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib

İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb

Fərid Pərdəşünas: Mənfi halların qarşısını almaq üçün yeni qanun layihəsinin qəbulu vacibdir

Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir