İDMAN
“Real Madrid” klubu Cud Bellinqemin transferi ilə bağlı razılıq əldə edib
Bakı, 26 may, AZƏRTAC
“Real Madrid” klubu Cud Bellinqemin transferi ilə bağlı razılıq əldə edib.
AZƏRTAC xəbər verir ki, Almaniyanın “Borussiya” (Dortmund) klubu ilə görüşən İspaniya təmsilçisinin rəsmiləri ilk görüşün müsbət ab-havada keçdiyini bildiriblər.
On doqquz yaşlı yarımmüdafiəçi üçün 100 milyon avro ödəyəcək Madrid klubu Bellinqemlə altıillik müqavilə imzalamağı planlaşdırır.
Qeyd edək ki, 2020-ci ildən “Borussiya”nın şərəfini qoruyan ingilis futbolçu bu mövsüm 42 matçda 14 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]