“Real Madrid” Özbəkistan millisinin futbolçusu ilə ciddi şəkildə maraqlanır
Bakı, 6 yanvar, AZƏRTAC
İspaniyanın “Real Madrid” komandası Özbəkistan millisinin futbolçusu Abdukodir Xusanovu transfer etmək istəyir.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, “kral klubu” Fransa “Lans”ında çıxış edən müdafiəçi ilə ciddi şəkildə maraqlanır. Liqa 1 təmsilçisi özbək oyunçunu 25 milyondan aşağı qiymətə buraxmaq niyyətində deyil.
Tanınmış insayder Fabritsio Romano İngiltərənin “Mançester Siti” klubunun da 20 yaşlı futbolçu üçün qarşı tərəflə danışıqlara başladığını yazıb.
A.Xusanov 2023-cü ildən "Lans"da çıxış edir. Futbolçunun klub ilə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.
O, bu mövsüm 16 oyun keçirib və bir məhsuldar ötürmə ilə yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:09]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]