“Real Madrid”in sabiq futbolçusu “Boka Xuniors”un baş məşqçisi təyin olunub
Bakı, 15 oktyabr, AZƏRTAC
İspaniyanın “Real Madrid” komandasının keçmiş futbolçusu Fernando Qaqo Argentinanın “Boka Xuniors” klubunun baş məşqçisi təyin olunub.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, 2020-ci ildə karyerasını başa vurmuş veteran yarımmüdafiəçi ilə bağlanan müqavilənin detalları açıqlanmayıb.
Argentinalı mütəxəssis son olaraq Meksikanın "Qvadalaxara" komandasında çalışıb.
Qeyd edək ki, F.Qaqo 2005-2007, 2013-2019-cu illərdə futbolçu kimi "Boka Xuniors"un şərəfini qoruyub. O, İtaliyanın "Roma", İspaniyanın "Valensiya", ölkəsinin "Velez Sarsfild" klublarında da çıxış edib. Veteran oyunçu karyerası ərzində 366 oyun keçirib, 10 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]