“Rebuild Karabakh” beynəlxalq sərgisi davam edir
Bakı, 15 oktyabr, AZƏRTAC
Bakı Ekspo Mərkəzində “Rebuild Karabakh” beynəlxalq sərgisi davam edir.
AZƏRTAC xəbər verir ki, sərginin ikinci günündə "Azərbaycanda travertin mənşəyi. Təbii daşların idxal tendensiyaları" , "Kompromissiz keyfiyyət: tikinti materiallarında keyfiyyət modeli" və digər mövzularda panel müzakirələr keçirilir.
Qarabağ Dirçəliş Fondu tərəfindən aparılan müzakirələrdə tanınmış mütəxəssislər əsasən tikinti sahəsində innovativ yeniliklər və Qarabağın bərpası sahəsində həyata keçirilən tədbirlər barədə geniş məlumat verirlər.
Qeyd edək ki, sərgidə bir çox xarici ölkəyə məxsus şirkətlər öz innovativ məhsullarını nümayiş etdirirlər.