Azərbaycan Dövlət İnformasiya Agentliyi

Regional əməkdaşlıq və yeni tarixi hədəflər

Regional əməkdaşlıq və yeni tarixi hədəflər

Bakı, 5 yanvar, AZƏRTAC

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, yenilməz Ordumuzun şücaəti, xalq-iqtidar birliyi Vətən müharibəsində Azərbaycanın tam Qələbəsini təmin edən həlledici amillərdir. İlk növbədə, qonşu dövlətlərlə münasibətlərin prioritet istiqamət kimi müəyyən edilməsi və bu istiqamətdə atılmış real addımlar müharibədə Qələbəmizin təminatı üçün münbit şərait yaratmış oldu. Nəticədə Azərbaycan və Ermənistanın ənənəvi müttəfiqlərə malik olması ilə bağlı konsepsiyanın köhnəldiyi və yararsızlığı sübut edildi. Azərbaycan dövləti qonşularla iqtisadi və siyasi maraqların harmoniyasının nadir modelini ortaya qoya bildi. Qonşu dövlətlərlə prioritet ikitərəfli münasibətlərin fəal üçtərəfli əməkdaşlığa transformasiyası baş verdi. Bununla da üçtərəfli Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Rusiya-İran platformaları formalaşdı və təmsilçiləri olduqları dövlətlərin və xalqların mənafeyinə xidmət etməyə başladı. Artıq postmüharibə dövrünün yeni reallıqları fonunda Prezident İlham Əliyev beştərəfli və hətta Ermənistanın iştirakı ilə altıtərəfli əməkdaşlıq platformalarının yaradılmasının mümkünlüyü ideyasını irəli sürüb. Əlbəttə, konstruktiv davranışı və sağlam məntiqə söykənən addımları kontekstində Ermənistanın da Azərbaycanın təşəbbüskarı olduğu və uğurla həyata keçirdiyi regional və qlobal layihələrdə iştirakı məsələsi müsbət həll oluna bilər. Hələ ki, Ermənistan rəhbərliyi regional əməkdaşlığa inteqrasiya baxımından konkret təşəbbüslər irəli sürmür. Bu ölkənin müxalif siyasi dairələri isə revanşizm xülyası ilə yaşayırlar. Bu davranış tərzi Rusiya Prezidenti Vladimir Putinin təbirincə desək, “özünüintihara bərabər bir addım olar”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovun “Regional əməkdaşlıq və yeni tarixi hədəflər” sərlövhəli məqaləsində yer alıb.

Deputat məqaləsində vurğulayır ki, heç şübhəsiz, məhz Prezident İlham Əliyevin mətin iradəsi sayəsində müxtəlif beynəlxalq dairələrin Azərbaycanı ayrı-ayrı ölkələr, xüsusilə də qonşu dövlətlər əleyhinə avantüra və təxribatlara cəlb etmək kimi planları iflasa uğrayıb. Onlardan birinə qədirbilən oxucularımızın diqqətini cəlb etmək istəyirəm: “2006-cı ilin aprelində Prezident İlham Əliyevin ABŞ-a ilk rəsmi səfəri olub. Bu səfər ABŞ-İran qarşıdurmasının ən mürəkkəb dövrünə təsadüf etmişdi. Hətta bəzi beynəlxalq kütləvi informasiya vasitələri naməlum “etibarlı mənbələr”ə istinadən Vaşinqton-Tehran konfrontasiyasının şiddət əmsalını göstərmək üçün müharibənin başlayacağı gün və hətta saatı belə göstərməkdən çəkinmirdilər. Bu kontekstdə, xüsusən də Azərbaycanın İranın qonşusu olması reallığı fonunda Prezident İlham Əliyevin Vaşinqtona rəsmi səfərinə böyük maraq var idi. Belə ehtimallar irəli sürülürdü ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatları labüddür və bu halda Azərbaycanın öz ərazisini İran əleyhinə müharibəyə başlamaq üçün strateji tərəfdaşı olan ABŞ-ın istifadəsinə verməsi məsələsi ətrafında Ağ evdə ciddi müzakirələr olacaq və rəsmi Bakıya ağır təzyiqlər göstəriləcək. Ehtimallar özünü doğrultdu. İki dövlətin siyasi liderləri arasında aparılan danışıqların nəticələri haqqında Prezident İlham Əliyev Ağ evin qarşısında mətbuat üçün keçirdiyi brifinqdə ətraflı məlumat verdi və bildirdi ki, heç bir üçüncü dövlətin və ya dövlətlərin Azərbaycan ərazisindən istifadə etməklə qonşu dövlət və ya dövlətlərə qarşı hərbi əməliyyatlara başlamasına icazə verilməyəcək. Bu, qeyri-mümkün addımdır. Beləliklə, Prezident İlham Əliyev həm ABŞ rəhbərliyinə, eləcə də dünyanın aparıcı liderlərinə ölkəsinin son dərəcə prinsipial və qətiyyətli mövqeyini çatdırmış oldu. Əslində, dünyanın fövqəldövləti qarşısında bu misilsiz cəsarət, İran dövləti və xalqı qarşısında isə tarixi dostluq və qardaşlıq nümunəsi idi. Kim bilir, bəlkə də analoji vəziyyətdə başqa bir dövlətin lideri acizlik, zəiflik və qətiyyətsizlik nümayiş etdirməklə regionu fəlakətə sürükləyən bir addıma imza atmış olardı. Tarixdə belə nümunələr kifayət qədər vardır”.

Elman Nəsirov əlavə edib ki, həmin vaxtdan təxminən 15 il ötsə də, ABŞ-ın İrana hərbi müdaxiləsi baş tutmayıb. Azərbaycan Prezidenti İlham Əliyevin həmin tarixi sınaq anında ABŞ-ın bütün təzyiqlərinə rəğmən, qonşu İran dövləti və xalqının yanında olması faktı, bu gün də həmin siyasətə sadiqlik nümayiş etdirməsi rəsmi Bakı ilə Tehran arasında strateji tərəfdaşlıq, dostluq və qardaşlıq münasibətlərini formalaşdıran həlledici amillərdir. Necə deyərlər, “yaxşı dost pis gündə tanınar”. Eyni məntiqlə də İran dövləti 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycanın haqq işini müdafiə etdi. Öz quru və hava sərhədlərini təcavüzkar Ermənistan dövlətinin üzünə bağladı. Azərbaycanın ərazi bütüövlüyünü müdafiə edən sülh təşəbbüsləri ilə çıxış etdi. Azərbaycan-İran dövlət sərhədinin sülh sərhədinə çevrilməsinə təkan verən mövqe ortaya qoydu. Bütün bu addımlar nəticə etibarilə Ermənistanın ənənəvi müttəfiqləri ilə bağlı qondarma “konsepsiyası”nın darmadağın edilməsinə səbəb oldu. Bir sözlə, Prezident İlham Əliyev, əslində, bütün bu tarixi Zəfərə imza atmaqla üçqat qəhrəman olduğunu isbatladı. Birincisi, şanlı ordusu ilə hərbi cəbhədə qalibiyyət tarixi yazdı. Düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu. İkincisi, diplomatik cəbhədə düşmənə sarsıdıcı zərbə endirdi. Nəticədə düşmənin bu cəbhədə də ağ bayrağı qaldırmaqdan başqa çarəsi qalmadı. Üçüncüsü, informasiya cəbhəsində düşmənin dezinformasiya maşınını sıradan çıxartdı. Bu isə öz növbəsində, psixoloji, ideoloji və ictimai şüur cəbhələrində də Azərbaycanın haqq işinə beynəlxalq loyal münasibəti şərtləndirdi.

Deputatın sözlərinə görə, postmüharibə dövrü Azərbaycanın yeni tarixi hədəflərini müəyyən edir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, “Gələcəkdə bizi böyük işlər gözləyir, ölkəmiz üçün yeni dövr başlayır, quruculuq dövrü, inkişaf dövrü, torpaqlarımızın bərpası günləri bizi gözləyir. Bu dövr şərəfli dövr olacaqdır. Baxmayaraq ki, düşmən işğal etdiyi və artıq azad olunmuş torpaqlarda hər şeyi dağıdıb, biz bütün şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik, Qarabağ bölgəsində cənnət yaradacağıq. Bizim xalqımız buna layiqdir. Bizim xalqımıza qələbə yaraşır və qələbə həmişə bizimlə olacaq!”.

Elman Nəsirov bildirib ki, dövlətimizin başçısı, ilk növbədə, işğaldan azad olunan ərazilərimizin bərpası və yenidənqurulması məsələsini strateji vəzifə olaraq müəyyən edib. Bu məqsədlə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Prezident İlham Əliyevin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradılıb. “Qarabağımızı Ali Baş Komandanımızın rəhbərliyi ilə bir millət olaraq azad etdik. İndi də, gəlin birlikdə onu dirçəldək. Hər birimiz bu prosesə fəal qoşulub, töhfəmizi verək. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”,- deyə deputat vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO