ELM VƏ TƏHSİL
“Rəqəmsal BSU” layihəsi çərçivəsində növbəti görüş
Bakı, 13 mart, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) “Rəqəmsal BSU” layihəsi çərçivəsində “SİNAM” şirkətinin elektron təhsil informasiya sistemi ilə bağlı növbəti görüş keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, təqdimatda şirkətin əməkdaşı Səbinə Əlizadə universitet əməkdaşlarını sistemin iş prinsipləri və istifadə qaydaları ilə tanış edib. O, portalda sistemin baza modulu, müəllim və tələbə kabineti və altkabinetlərin formalaşdığını qeyd edib, universitet haqqında müvafiq məlumatların, dərs cədvəlləri, fənn proqramları, elektron vəsaitlərin yerləşdiriləcəyini diqqətə çatdırıb.
Sonda universitet əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb. Rektor Anar Nağıyev layihə çərçivəsində görüləcək işlərlə bağlı işçi heyətə müvafiq tapşırıqlar verib.
AZƏRTAC -0-
(EH,GA)