Rəqibini Ceki Çana bənzədən futbolçu sərt cəzalanıb
Bakı, 8 oktyabr, AZƏRTAC
Müqavilə ilə İtaliyanın “Komo” komandasına məxsus olan və icarə əsasında B Seriyası təmsilçisi “Çezena”da çıxış edən Marko Kurto 10 oyun cəzalanıb.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, buna 26 yaşlı müdafiəçinin bu ilin yayında “Komo”nun heyətində yoldaşlıq görüşü zamanı İngiltərənin “Vulverhempton” klubunun hücumçusu Hi Çan Kvana qarşı etdiyi irqçi davranış səbəb olub. Hadisə İspaniyanın Marbella şəhərində təlim-məşq toplanışı zamanı baş verib. O, rəqibinə honkonqlu kino ulduzu “Ceki Çan” deyə müraciət etdiyi üçün müvafiq cəzaya məruz qalıb. FIFA futbolçunun davranışını irqçilik kimi qiymətləndirib.
Futbolçu cəzasını yarısını bu mövsüm, digər hissəsini isə şərti olaraq iki il müddətinə çəkəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [22:20]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]