Rəsmi Ankara İrandan qaz tədarükünün dayandırılması ilə bağlı məlumatları təkzib edib
Ankara, 24 mart, AZƏRTAC
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İrandan təbii qaz tədarükünün dayandırılması ilə bağlı məlumatları təkzib edib.
AZƏRTAC xəbər verir ki, Ankarada keçirilən Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlama verən Türkiyənin enerji və təbii sərvətlər naziri təbii qaz idxalı ilə bağlı heç bir problemin olmadığını deyib.
“Belə bir şey yoxdur. Türkiyənin qaz anbarları 71 faiz doludur”, - deyə nazir bildirib.
Bundan əvvəl bəzi media orqanları İranın “Cənubi Pars” qaz yatağına edilən zərbədən sonra Türkiyəyə təbii qaz ixracını dayandırdığını bildirmişdi.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]