Rəsmi Kiyev NATO ölkələrinin Ukraynaya qoşun yeritməsini gözləmir
Kiyev, 8 iyun, AZƏRTAC
Şimali Atlantika Alyansı (NATO) ölkələri müharibə bitənə qədər Ukrayna ərazisinə qoşun yeritməyəcək.
AZƏRTAC xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba 1+1 telekanalına açıqlamasında söyləyib.
"Ukrayna ərazisində silahlı münaqişə bitənə qədər xarici dövlətlər bizim ölkə ərazisinə öz qoşunlarını göndərməyəcək. Üstəlik, biz bunu tələb etmirik", - Kuleba bildirib.
Nazir vurğulayıb ki, ölkəsi Alyansa üzv olduqdan sonra onların müdafiəsi üçün Ukrayna briqadaları NATO-nun digər ölkələrində yerləşdiriləcək.
NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen “The Guardian” qəzetinə müsahibəsində bildirib ki, əgər Kiyev NATO-nun iyul ayında Vilnüsdə keçiriləcək sammitində təhlükəsizlik zəmanəti ilə bağlı ciddi irəliləyişə nail olmasa, Polşa və Baltikyanı ölkələr öz qüvvələrini Ukraynaya yerləşdirə bilər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]