Rəsmi Tokio Rusiyaya yaponlara məxsus mobil telefonların müsadirəsinə görə etirazını bildirib
Tokio, 31 yanvar, AZƏRTAC
Yaponiya Xarici İşlər Nazirliyi Cənubi-Kuril məhkəməsinin 2018-ci ilin iyulunda yapon məmurların və jurnalistlərin Kuril adalarının cənubuna səfəri zamanı onların mobil telefonlarının müsadirəsi barədə qəbul etdiyi qərara görə Rusiya tərəfinə etirazını bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə NHK telekanalı yanvarın 31-də məlumat yayıb. Bildirilir ki, etiraz Yaponiyanın Moskvadakı səfirliyi vasitəsilə Rusiya Xarici İşlər nazirliyinə çatdırılıb.
Xatırladaq ki, 2018-ci ilin iyulunda Tokio Rusiyaya mobil telefonların müsadirəsinə görə etirazını bildirmişdi. Həmin vaxt mobil telefonlar Rusiyanın gömrük qaydalarının pozularaq ölkəyə keçirilməsinə görə müsadirə olunmuşdu.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [22:51]
Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]