Respublika fənn müsabiqələrinin final mərhələsinə 1334 nəfər vəsiqə qazanıb
Bakı, 21 may, AZƏRTAC
Respublika fənn müsabiqələrində ümumilikdə 7685 şagird iştirak edib. Onlardan 3810-u qız, 3875-i isə oğlan olub. Yarışın final mərhələsinə 1334 nəfər vəsiqə qazanıb. Onların 553-ü qız, 781-i oğlandır. Müsabiqə iştirakçıları əsasən 12-14 yaş aralığını əhatə edib.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasında isə 2719 nəfər iştirak edib. İştirakçıların 939-u qız, 1780-i oğlan olub. Yarımfinal mərhələsinin nəticələrinə əsasən, 518 nəfər finala vəsiqə qazanıb. Onlardan 167-si qız, 351-i oğlandır. Olimpiadada iştirak edən şagirdlər əsasən 11-12 yaş qrupu üzrə təmsil olunublar.
Müxbir – Aysel Azadqızı
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [16:49]
BDU-da “Diplomatın nitqi” layihəsinin iştirakçılarına sertifikatlar verilib
- 21.05.2026 [16:28]
WUF13 ADNSU üçün beynəlxalq platforma rolunu oynayıb
- 21.05.2026 [16:05]
Birinci Bakı Türkoloji Qurultayının 100 illik irsi: Almatı simpoziumu
- 21.05.2026 [15:45]
Davamlı inkişafın açarı: müasir şəhərsalma və qlobal tendensiyalar
- 21.05.2026 [15:15]
Bakı İlahiyyat Kollecinin dini-mənəvi xidmət ixtisasına qeydiyyat başlanır
İsveçin Kralı XVI Karl Qustavdan
- [15:55]
Belçikalıların Kralı Filipdən
- [15:54]
Mərakeşin Kralı VI Məhəmməddən
- [15:53]