Respublika fənn müsabiqəsinin birinci mərhələsinə 18 minədək şagird qatılıb
Bakı, 4 iyun, AZƏRTAC
Ölkənin bütün şəhər və rayonlarında VI-VII sinif şagirdləri arasında respublika fənn müsabiqəsinin birinci mərhələsi keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 18 minədək şagirdin qatıldığı müsabiqənin birinci mərhələsində iştirakçılara qeyri-standart düşünmə qabiliyyətini, məntiqi təfəkkürü müəyyənləşdirən tapşırıqlar təqdim edilib.
Şagirdlər 150 dəqiqə ərzində 50 tapşırığa cavab verməli olublar. Müsabiqənin ikinci mərhələsində məntiqi suallarla yanaşı, müvafiq fənlər üzrə də tapşırıqlar veriləcək.
Respublika fənn müsabiqəsinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkarlanması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyənləşdirilməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
- 16.06.2026 [12:45]
“Krım sevgisi” kitabının 2-ci cildi nəşr olunub
- 16.06.2026 [12:26]
BDU-da yaz imtahan sessiyası davam edir
- 16.06.2026 [12:02]
“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb
- 16.06.2026 [11:29]
DİM Azərbaycan dili imtahanı verəcək şəxslərə müraciət edib
- 16.06.2026 [11:25]