Respublika fənn olimpiadalarına start verilib
Bakı, 10 fevral, AZƏRTAC
Fevralın 10-da 2020-2021-ci tədris ili üçün riyaziyyat və kimya üzrə Respublika fənn olimpiadalarına start verilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, olimpiadalar ölkənin bütün rayon və şəhərlərində yaradılan 80 müxtəlif mərkəzdə keçirilir.
Qeyd edək ki, fevralın 11-də fizika, coğrafiya, biologiya və informatika fənləri, fevralın 12-də isə tarix, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə olimpiadalar təşkil ediləcək.
Olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.
Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:27]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:13]
NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]