Respublika Gənclər Kitabxanası yazıçı Varis Yolçuyev ilə onlayn görüş keçirib
Bakı, 18 aprel, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası öz ınstagram səhifəsində tanınmış yazıçı, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri, Beynəlxalq Yazıçılar Gildiyasının həqiqi üzvü, Əməkdar jurnalist Varis Yolçuyev ilə onlayn görüş keçirib.
AZƏRTAC xəbər verir ki, Respublika Kitabxanasının təşkilatçılığı ilə keçirilən onlayn görüşə 290 iştirakçı qatılıb. Yazıçı Varis Yolçuyev canlı bağlantı zamanı öz yaradıcılığı, fəaliyyəti haqqında məlumat verib, yazıçılıq sənəti ilə yanaşı, jurnalist peşəsinin incəliklərindən də söhbət açıb. Müəllif müasir Azərbaycan oxucusunun mütaliə maraqları haqqında dəyərli fikirlər söyləyib, öz tövsiyələrini verib. Varis müəllim canlı yayın istifadəçiləri arasında iki ən maraqlı sual müəlliflərini seçərək, son kitabı olan imzalı “Qırmızı ləçəklər” kitabını onlara hədiyyə edib. Karantin rejimi bitdikdən sonra qaliblər kitabxanaya yaxınlaşaraq hədiyyə kitablarını əldə edə biləcəklər.
Sonda kitabxananın Hüquq informasiya şöbəsinin müdiri Günay Həsənova qonağa canlı yayına qatıldığına görə öz təşəkkürünü bildirib və gələcəkdə onu kitabxanada oxucularla görüşə dəvət edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]