Respublika Olimpiya Mərkəzində əlil arabası istifadəçiləri üçün tam müyəssərlik təmin olunacaq
Bakı, 17 sentyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin Respublika Olimpiya Mərkəzində təmir-tikinti işləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində fəaliyyət göstərən Müyəssərliyin Qiymətləndirilməsi Mərkəzinin ekspertləri sentyabrın 17-də Respublika Olimpiya Mərkəzində müyəssərliklə bağlı daha öncə təqdim edilmiş layihələrin icrası və görülən işlərlə tanış olublar. İşin yekununda Respublika Olimpiya Mərkəzində əlil arabası istifadəçiləri üçün tam müyəssərlik təmin ediləcək.