Rəssam və animatorlar arasında yeni müsabiqə keçirilir
Bakı, 24 avqust, AZƏRTAC
“Şərq-Qərb” nəşriyyatı uşaqlarda kitaba marağın artırılması, mütaliə həvəsinin gücləndirilməsi məqsədilə rəssam və animatorlar arasında yeni nağıl qəhrəmanı - müasir simvolik personajın yaradılması üzrə müsabiqə elan edib.
AZƏRTAC xəbər verir ki, müsabiqənin şərtlərinə görə müasir simvolik personaj orijinal olmalı, başqa məşhur nağıl qəhrəmanlarına, obrazlara bənzəməməli, uşaqlar tərəfindən sevilməli, ilk baxışdan etibarən onlarda maraq doğurmalı, müsbət emosiyalar yaratmalı, nağıllarda, ssenarilərdə, filmlərdə, animasiya filmlərində, televiziya verilişlərində və sosial şəbəkələrdə əsas obraz kimi çıxış etmək üçün yararlı və universal olmalı, üçüncü şəxsin əqli mülkiyyət hüququnu pozmamalıdır.
Təqdim edilən əsərlər tanınmış incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və 3 yer üzrə mükafatlandırılacaq:
Əsərlər elektron formatda [email protected] ünvanına və ya kağız şəklində Bakı ş., Aşıq Ələsgər küç., 17, “Şərq-Qərb” ASC ünvanına göndərilməlidir. Müəllif haqqında qısa məlumat (ad, soyad, atasının adı, ünvan və əlaqə nömrələri) əlavə edilməlidir.
Əsərlərin qəbulu oktyabrın 15-nə qədər davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:23]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [20:44]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [18:49]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [17:53]
Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir
- 03.10.2026 [17:09]
Geniş təfəkkürün ensiklopedik elmi baxışları
- 03.10.2026 [16:31]