Rəssamların onlayn satış sərgisi təşkil ediləcək
Bakı, 23 avqust, AZƏRTAC
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Azərbaycan rəssamlarının onlayn satış sərgisi təşkil olunacaq.
Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, sərgidə respublikanın istənilən şəhər və rayonlarında yaşayan rəssamlar iştirak edə bilərlər.
İştirak etmək istəyən yaradıcı şəxslərdən 2 əsərin fotosunu, əsər və özü haqda məlumatı, əlaqə nömrəsi ilə birlikdə [email protected] mail adresinə göndərməyi xahiş olunur. Son müraciət tarixi avqustun 30-dəkdir.
Satış sərgisinə əsərlər peşəkar komissiya tərəfindən seçiləcək.
Azərbaycan rəssamlarının onlayn satış sərgisinin Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izlənilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:32]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]