Rezidenturaya qəbul olunmaq istəyənlər üçün sınaq imtahanına qeydiyyat davam edir
Bakı, 4 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə keçirilən sınaq imtahanına qeydiyyat davam edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, sınaq imtahanında iştirak etmək istəyənlər iyunun 9-u saat 09:00-dək mərkəzin internet saytında qeydiyyatdan keçməlidirlər. Sınaq imtahanı iyunun 9-da DİM-in Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanındakı binasında kompüter vasitəsilə elektron formatda keçiriləcək. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 (otuz) manatdır. İmtahanda iştirak etmək istəyənlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. “Şəxsi kabinet” bir dəfə yaradılır və daim istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin “Şəxsi kabinet”ində əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş üçün nəzərdə tutulan məbləği “Şəxsi kabinet”dəki hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (payment.dim.gov.az saytında verilmişdir) faydalanmaq olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
- 16.06.2026 [12:45]
“Krım sevgisi” kitabının 2-ci cildi nəşr olunub
- 16.06.2026 [12:26]
BDU-da yaz imtahan sessiyası davam edir
- 16.06.2026 [12:02]
“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb
- 16.06.2026 [11:29]
DİM Azərbaycan dili imtahanı verəcək şəxslərə müraciət edib
- 16.06.2026 [11:25]